İdarə müdiri Hacıqabulda vətəndaşları qəbul edib
5-08-2022, 20:04
354

İdarə müdiri Hacıqabulda vətəndaşları qəbul edib

TehsilForumu.Az məlumat verir ki, Avqustun 5-də Şirvan Salyan Regional  Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Hacıqabul  rayonunda həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Vətəndaş qəbulundan sonra Sənan Mənsimli çalışmanın yaş həddinə çatmış məktəb direktorları ilə, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və bir qrup fənn müəllimləri ilə də görüşüb, tövsiyə və tapşırıqlarını vermişdi
0 0

Şərhlər

Oxşar xəbərlər