Şirvan-Salyan Regional Təhsil İdarənin müdiri Şirvan şəhərində vətəndaşları qəbul edib
11-06-2022, 11:22
630

Şirvan-Salyan Regional Təhsil İdarənin müdiri Şirvan şəhərində vətəndaşları qəbul edib

Şirvan-Salyan Regional Təhsil İdarənin müdiri Şirvan şəhərində vətəndaşları qəbul edib 

İyunun 10-da Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhərində 21 nömrəli tam orta məktəbdə həmin şəhər qeydiyyatında olan sakinləri qəbul edib.
Həyata keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.


İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.


Görüş bitdikdən sonra 21 nömrəli tam orta məktəbin pedaqoji kollektivi ilə iclas keçirilib, buraxılış imtahanlarının nəticələri müzakirə edilib və növbəti tədris ilinə dair tapşırıqlar verilib.



0 0

Şərhlər

Oxşar xəbərlər