Füzuli rayonu üzrə yer tutmuş şagirdlər mükafatlandırılıb
14-07-2022, 19:01
397

Füzuli rayonu üzrə yer tutmuş şagirdlər mükafatlandırılıb

TehsilForumu.Az xəbər verir ki,14 iyul 2022-ci il tarixdə məktəblilər arasında “Şuşa ili” nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika inçəsənət festival-müsabiqəsində Füzuli rayonu üzrə yer tutmuş şagirdləri mükafatlandırılıb.

Təhsil Nazirliyinin 29 mart 2022-ci il tarixli, F-148 nömrəli əmrinə əsasən məktəblilər arasında “Şuşa ili” nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika inçəsənət festival-müsabiqəsi keçirilmişdir. Festival–müsabiqəsinin yekun konserti cari ilin 1 iyun tarixində müsabiqədə I yerə layiq görülmüş məktəblilərin iştirakı ilə Şuşa şəhərində təşkil edilmişdir.

Məktəblilər arasında keçirilən “Könlüm keçir Qarabağdan“ adlı respublika incəsənət festival–müsabiqəsi qaliblərindən Füzuli rayon məktəblilərinin də payına düşüb. Belə ki, Füzuli rayon 26 nömrəli tam orta məktəbin V sinif şagirdi Əliyev Müstəcəb Mətləb oğlu muğam və təsniflər üzrə I yerə, Horadiz şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Hüseynova Xuraman Ceyhun qızı və Novruzova Məftunə Elşən qizi dram nominasiyası üzrə II yerə layiq görülmüşlər.

 14 iyul 2022-ci il tarixdə Təhsil Nazirliyi Uşaq və gənclərin yaradəcılığı sektorunun müdiri Şirəliyev Qeyrət İbiş oğlu Füzuli rayonu üzrə müsabiqədə müvafiq yer tutmuş şagirdlərin mükafatlandırılmasında iştirak edib.


0 0

Şərhlər

Oxşar xəbərlər