“Yüksəliş” müsabiqəsinin mentorluq proqramının əlaqələndirici şəxsləri ilə görüş keçirilib
28-04-2022, 06:39
280

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramının əlaqələndirici şəxsləri ilə görüş keçirilib

Aprelin 27-də “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının əlaqələndirici şəxsləri ilə görüş keçirilib.

TehsilForumu.Az xəbər verir ki, müsabiqənin işçi qrupunun rəhbəri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev qaliblərə təqdim olunan 1 illik özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb. Görüşdə iştirak edən ötən ilin “Yüksəliş” müsabiqəsinin qalibləri Güldənə Hidayətli və Orxan Quliyev hazırda davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər, təklif və təcrübələrini paylaşıblar.

“Yüksəliş” müsabiqəsi tərəfindən həyata keçirilən işlər haqqında ümumi məlumat təqdim olunub.

Həmçinin qaliblər və mentorlar arasında əlaqələrin gücləndirilməsi, o cümlədən qarşıdan gələn ikinci müsabiqənin mentorluq proqramının effektivliyini artırmaq istiqamətində fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər