Rusiyada müdafiə Elmi-Tədqiqat İnstitutundakı yanğında ölənlərin sayı 11-ə çatıb
24-04-2022, 11:26
210

Rusiyada müdafiə Elmi-Tədqiqat İnstitutundakı yanğında ölənlərin sayı 11-ə çatıb

Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb. Hadisə yerindən daha 5 nəfərin meyiti aşkarlanıb.

Qeyd edək ki, aprelin 21-də baş verən yanğında 6 nəfərin öldüyü, 24 nəfərin isə xəsarət aldığı bildirilib. Yaralılardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.
0 0

Şərhlər

Oxşar xəbərlər