Qusar Rayon - İbtidai məktəbin yeganə şagirdi
23-04-2022, 14:39
488

Qusar Rayon - İbtidai məktəbin yeganə şagirdi

Qusar Rayon Çətkün kənd ibtidai məktəbin yeganə şagirdi Nadim. 

AGMA - nın Qubada təşkil edilən növbəti forumunda Rufat Asadzade ona velosiped hədiyyə etdi.

Qusar rayon Çətkün kənd ibtidai məktəbinin 3-cü sinif şagirdi olan Nadim Alxasov 23 aprel 2022-ci il tarixində Quba rayonunda keçirilən region gənc müəllimlərinin 2-ci şəbəkələşmə forumunda gənc müəllimlərin görüşünə gəldi.

Özü balaca olsa da, xəyalları böyük olan Nadimin ən sevdiyi fənnin Azərbaycan dili olmağına baxmayaraq, o, insanları qorumaq üçün böyüyəndə polis olmaq qərarını verib.

İbtidai sinif müəllimi olan Lalə Alxanova Nadimin həm anası, həm də müəllimidir. Məktəbdə tək şagird olaraq təhsil alan Nadim, sinif yoldaşlarının olmadığına görə məyus olsa da, dərslərinə davamlı olaraq həvəslə hazırlaşır.

Dərsdən sonra kənddə yaşayan dostları ilə oyunlar oynayaraq asudə vaxtlarını əyləncəli şəkildə keçirməklə kifayətlənməyən balaca, anasına odun yığmaqda və danaları otlaqdan gətirməkdə kömək edir. 

Çalışqanlığını dəyərləndirmək və təhsil yolunda ona stimul olmaq üçün biz də bu gün 100 gənc müəllimlə birlikdə Nadimin hər zaman yanında olduğumuzu hiss etdirmiş oldu.





0 0

Şərhlər

Oxşar xəbərlər