Bakıda 10 yaşlı məktəblini avtomobil vurub
22-04-2022, 06:39
408

Bakıda 10 yaşlı məktəblini avtomobil vurub

Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.

TehsilForumu.Az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


0 0

Şərhlər

Oxşar xəbərlər