“İntellektual klubların Gənclər liqası” başlayır
16-04-2022, 06:37
360

“İntellektual klubların Gənclər liqası” başlayır

Hazırsınız? Ölkənin ən böyük intellektual yarışı - “İntellektual klubların Gənclər liqası” başlayır! 

Bilik və zəkasına güvənən gənclər komanda şəklində qeydiyyatdan keçərək turnirdə iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş komandalar yaşadıqları rayonlarda keçiriləcək 4 seçim turunda iştirak edəcək və qalib olan komandalar zona finallarına vəsiqə qazanacaqlar. Zona qalibləri isə 11-12 iyun tarixində Bakıda keçiriləcək final mərhələsində iştirak haqqı qazanacaqlar.

Turnirdə hər bir komanda 6 oyunçudan ibarət olacaq və “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”, “Erudit Kvartet” oyunları baş tutacaq. 

Qeyd edək ki, yaş həddi 16-29 aralığında olan gənclər turnirdə iştirak edə bilər.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “Badamlı” şirkətinin tərəfdaşlığı, ARB media qrupunun dəstəyi ilə həyata keçirilir.

Aşağıdakı link və ya GəncApp mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməyə tələsin! 

Link: https://genc.az/intellektual-klublarin-gənclər-liqasi/ 

Son qeydiyyat tarixi: 28 aprel saat 23:59
Qeyd: Bakı komandaları üçün seçim may ayında keçiriləcəkdir. 

Turnirlə bağlı yeniliklərdən xəbərdar olmaq və suallarınız üçün “İntellektual klubların II Gənclər kuboku” adlı facebook qrupuna qoşula bilərsiniz:

https://bit.ly/3LcmUPM
0 0

Şərhlər

Oxşar xəbərlər