Açıqlanan nəticələr, təməli qoyulan universitet-Ötən həftəyə baxış
5-04-2022, 06:38
242

Açıqlanan nəticələr, təməli qoyulan universitet-Ötən həftəyə baxış

TehsilForumu.Az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 28 mart-3 aprel tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Buraxılış imtahanlarının nəticələri açıqlanıb:

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

DİM 26 mindən çox abituriyent üçün qəbul imtahanı keçirib:

 

Aprelin 3-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.

 

Mayın 1-dən 5-dək məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq:

 

Azərbaycandakı ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə qaydalara əsasən müəyyən olunmuş günlərdə yaz tətil günləri olacaq.

 

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

 

İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib:

 

Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olub.

 

Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo iştirak ediblər.

 
0 0

Şərhlər

Oxşar xəbərlər