Dərsdə şagirdlərə diferensial yanaşma mövzusunda təlim təşkil olunub
30-03-2022, 11:58
474

Dərsdə şagirdlərə diferensial yanaşma mövzusunda təlim təşkil olunub

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi müəllimlərə müvafiq dəstəyin göstərilməsi istiqamətində işləri davam etdirir.

 

İnstitutdan TehsilForumu.Az-a bildirilib ki, 227, 75 və 154 nömrəli tam orta məktəblərdə müəllimlər üçün "Şagirdlərə diferensial yanaşma və təfəkkür yönümlü tapşırıqların hazırlanması" mövzusunda təlim təşkil olunub. Təlimlərdə bundan öncəki fəaliyyətlər zamanı dərsləri dinlənilən müəllimlər iştirak ediblər.

 

Təlim zamanı iştirakçılara dərsdə şagirdlərə diferensial yanaşma, təfəkkür yönümlü tapşırıqların hazırlanması, inteqrasiya mövzularında məlumat verilib, praktik tapşırıqlar işlənilib və iştirakçıların sualları cavablandırılıb.
0 0

Şərhlər

Oxşar xəbərlər