“Yurd”un təşkilatçılığı ilə Qubada Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirilib
30-03-2022, 07:04
432

“Yurd”un təşkilatçılığı ilə Qubada Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirilib

TehsilForumu.Az - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Qaraçay qəsəbəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında intellektual oyun keçirilib.

Turnirdə Quba rayonunun Qaraçay, Paşaoba, İqriq, İsnovqışlaq, Mirzəqışlaq, Talabıqışlaq, Vəlvələ, Pirvahid və Bərqov kəndlərində yaşayan və təhsil alan yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edib.
“Yurd”un təşkilatçılığı ilə Qubada Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəsil arasında 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətinin və onun qazanılmasında şəhid və qazi olan qəhrəman eloğullarımızın təbliği olduğunu qeyd etmişdir.
“Yurd”un təşkilatçılığı ilə Qubada Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirilib
Digər çıxış edənlər, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilmiş Elvin Seyfəddinov və “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilmiş müəllim Oruc Novruzov Vətən mühribəsinin əhəmiyyətindən və Qarabağın azadlığı uğrunda keçdikləri döyüş yolundan danışıblar.

Rəsmi hissədən sonra start verilən yarışın yekununda Qaraçay qəsəbəsini təmsil edən “Şuşa” komandası turnirin qalibi adını qazanıb. Talabıqışlaq kəndini təmsil edən “Dəmir Yumruq” komandası ikinci, Vəlvələ kəndinin “Vətən” komandası üçüncü mükafata sahib olub..
“Yurd”un təşkilatçılığı ilə Qubada Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirilib
Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla, bütün iştirakçılar isə Quba şəhidləri haqqında hazırlanmış “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitabla təltif edilmişdir.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə daha bir neçə dəfə vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar və tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.

0 0

Şərhlər

Oxşar xəbərlər