Macarıstan 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.
21-11-2021, 08:42
434

Macarıstan 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.

Macarıstan 2022-2023-cü tədris ili üçün təqaüd proqramı elan edir.
 


TehsilForumu.Az xəbər verir ki, təqaüd proqramı Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
 



Təqaüd proqramına sənəd qəbulu 2022-ci il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
 



Proqram çərçivəsində əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər