Macarıstanla Azərbaycan dost və strateji tərəfdaş olan ölkələrdir.
7-02-2023, 06:04
344

Macarıstanla Azərbaycan dost və strateji tərəfdaş olan ölkələrdir.

TehsilForumu.Az - Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Belə ki Macarıstan Azərbaycanın strateji tərəfdaşı , eyni zamanda Avropa ittifaqında əsas tərəfdaşlarından biridir. Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı. Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdırİki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur.2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. 2010-cu il dekabrın 14-den Cənab Zsolt Cutora Macaristanın Azərbaycandakı səfiridir. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb.Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşmaya imza atdı. 

Əsas razılaşma ilə yanaşı, Bakı və Budapeşt arasında yeniden birbaşa uçuşların başladılması haqqında arasında aviasiyaya sənədi, 200 Azərbaycanlı tələbə üçün təqaüd proqramı, idman, gənclər və turizmə aid digər bütün razılaşmalar bu ərəfədə imzalandı. Azərbaycan-Macarıstan Biznes forumu Budapeştdə 2014-cü il noyabr ayında təşkil olundu.Xarici İşlər və Ticarət Naziri Peter Siyyarto Rusiyanın Cənubi Axını qaz boru xətti xətti layihəsi planını tərk etməsinə münasibət bildirərkən deyib ki, Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyi təminatını ödəmək üçün yeni mənbələr (yollar) axtarmasına ehtiyacı olacaq və bu alternativlərdən biri Azərbaycandır.
Prezident İlham Əliyev 30 yanvar 2023 - cü il tarixində Macarıstana səfər edib . Səfər zamanı əvvəlcə Prezident və birinci xanım Mehriban Əliyevanın rəsmi qarşılanma mərasimi keçirilmişdir. Bu səfərdən sonra Azərbaycan və Macarıstan ölkələri arasında əlaqələrdə yeni bir dövr -mərhələ başlayacaq. Rəsmi qarşılanma mərasimindən sonra hər iki prezidentin geniş tərkibdə görüşü oldu.Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edildi.Dövlət başçıları birgə foto çəkdirdilər. Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar. "Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzaladılar."Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar."Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar. "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar. "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzaladılar.


Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasəti Azərbaycanın daxili inkişafını layiqincə təmin etdiyi kimi, xarici siyasətdə də çoxsaylı uğurlara imza atılır və ölkəmiz beynəlxalq arenada təhlükəsiz, etibarlı və sülh prinsiplərinə əsaslanan dövlət kimi böyük nüfuz sahibinə çevrilmişdir.

             Məmmədova Lalə 
YAP Yevlax rayon təşkilatının fəalı , Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin müəllimi
0 0

Şərhlər

Oxşar xəbərlər