İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb
21-01-2022, 11:51
220

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə yanvarın 23-də keçiriləcək test imtahanına qeydiyyat yekunlaşıb.

 

Bu barədə TehsilForumu.Az DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı yanvarın 21-i saat 10:00-dək aparılıb. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 60 (AB - 22, AC - 38) namizəd qeydiyyatdan keçib.

 

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

 

Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq olar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumatla DİM-in saytındakı linkdə) istifadə etmək olar. 

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. 


Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

0 0

Şərhlər

Oxşar xəbərlər