“Atalar məktəbi - məsuliyyətli atalığın transformasiyası” layihəsi həyata keçirilir
24-12-2021, 06:05
272

“Atalar məktəbi - məsuliyyətli atalığın transformasiyası” layihəsi həyata keçirilir

Ata olmağa hazırlaşan şəxslər və gənc atalar üçün Avropa İttifaqının maliyyə dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində
“Atalar məktəbi - Məsuliyyətli Atalığın

Transformasiyası” layihəsi reallaşır.
AZƏRTAC xəbər verir ki, layihənin gedişatında 2 ay müddətində 40 şəxsin iştirakı ilə üç fərqli regionda (Bakı, Gəncə, Qazax) baş tutacaq seminarların əsas məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan oturuşmuş davranış normalarını və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir.


Layihə çərçivəsində dekabr ayından Gəncə, Qazax və Bakıda layihənin seminarları keçirilib.
Ümumilikdə reallaşan seminarlarda ailə planlamasının sağlam cəmiyyətin formalaşdılmasında rolu, sağlam ailə modeli və dəyərləri, həyat yoldaşı və ya partner ilə uşaq qayğısında və inkişafında məsuliyyətlərin bölgüsü, ataların icmalaşmasının əhəmiyyəti mövzularına toxunulur.


Bildirilib ki, layihə üçün iştirakçılıq kriteriyası 21-36 yaş arası, ata olmağa hazırlaşan şəxslər və gənc atalar, məsuliyyətli atalıq konsepsiyasını öyrənməyə motivasiyalı şəxslər, Bakı, Gəncə və Qazax regionlarında yaşayan gənc atalar aiddir.
Qeyd olunub ki, növbəti seminarlarda iştirak üçün bu linki dolduraraq (https://cutt.ly/xTa8IYf) və ya nömrə (+994 50 755 56 62) ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.
0 0

Şərhlər

Oxşar xəbərlər