Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 5 mərkəzdə sertifikatlaşdırma imtahanı keçirilib
23-06-2024, 10:30
230

Bu gün ümumi təhsil müəssisələrində ingilis dili tədris edən müəllimlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı keçirilib.

TehsilForumu.Az xəbər verir ki , "Report"un Muğan bürosunun məlumatına görə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan ingilis dilini tədris edən müəllimlər iştirak edib.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilib.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanıb.
0 0

Şərhlər

Oxşar xəbərlər