Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin bir neçə sinif otağında pəncərə şüşələrinin naməlum şəraitdə sındırıldığı aşkar edilmişdir - AÇIQLAMA
4-02-2023, 21:08
899

Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin bir neçə sinif otağında pəncərə şüşələrinin naməlum şəraitdə sındırıldığı aşkar edilmişdir - AÇIQLAMA

TehsilForumu.Az  xəbər verir ki, Fevralın 4-də səhər saat 07:30 radələrində Cəlilabad rayonu üzrə təhsil sektorunun tabeliyində olan V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin bir neçə sinif otağında pəncərə şüşələrinin naməlum şəraitdə sındırıldığı aşkar edilmişdir. 

Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən  Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilmişdir. Göytəpə Şəhər Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı iki nəfər şübhəli səxs saxlanılmışdır. 

Əlavə olaraq bildiririk ki, 17 noyabr 2022-ci il tarixdə adıçəkilən məktəbdə izləmə kameraları naməlum şəraitdə qəsdən sındırılmışdır. Hazırda baş vermiş hər iki hadisənin bir-biri ilə əlaqəsinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti üzrə araşdırma işləri aparılmaqdadır.


Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.
0 0

Şərhlər

Oxşar xəbərlər