Bu məktəbdə şagirdlər 2 həftədir dərsə gedə bilmir - Masallı
26-02-2022, 16:03
314

Bu məktəbdə şagirdlər 2 həftədir dərsə gedə bilmir - Masallı

Masallı rayonunda məktəbdə istilik olmadığı üçün şagirdlərin bir müddətdir məktəbə getmədiyi bildirilir.

Rayonun Miyankü kənd sakinləri “Qafqazinfo”ya müraciət edərək bildiriblər ki, kəndin Nadir Aslanov adına tam orta məktəbinə istilik verilmədiyi üçün artıq 2 həftəyə yaxındır şagirdlər məktəbə getmir. Məlumata görə, istliyin olmadığı vaxtda bir müddət dərsə gedən uşaqlar məktəbdə soyuqladığı üçün kütləvi şəkildə xəstələniblər. Məktəbin qazanxanasına qaz verilmədiyi bildirilir.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumun Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev saytımıza bildirib ki, həmin qazanxana onların yox, məktəbin balansındadır.

“Azəriqaz” İB-nin sözçüsü Eldəniz Vəliyev isə sorğuya cavab olaraq qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparıblar: “Həmin məktəbə qazın verilməsində hər hansı çətinlik yoxdur. Sadəcə qazanxananın özündə problem yaranıb. Buna görə təhlükəsizlik səbəbindən qazın verilişi müvəqqəti dayandırılıb. Təmir edildikdən sonra qazın verilişi bərpa ediləcək”.
0 0

Şərhlər

Oxşar xəbərlər