211 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini töhmət alıb.
18-04-2024, 22:21
300

211 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini töhmət alıb.

TehsilForumu.Az xəbər verir ki , bu barədə "Azərbaycan müəllimi"nə bildirilib ki, məktəbin həyətyanı sahəsində ağac və gül kollarının əkilməsi ilə bağlı təşəbbüslə əlaqədar maarifləndirmə zamanı yol verdiyi yanlışlığa görə 211 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Balıyevanın izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi töhmət verilib.       

 

Təhsil müəssisələrində məktəb-icma münasibətlərinin sağlam müstəvidə inkişafı və valideynlərin kütləvi tədbirlərdə könüllü iştirakının təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılır.
0 0

Şərhlər

Oxşar xəbərlər