Regionlardan göstərilən ərazilərə yerdəyişmə etmək olmur ?
14-04-2023, 14:44
734

Regionlardan göstərilən ərazilərə yerdəyişmə etmək olmur ?

Regionlarda yaşayıb orada fəaliyyət göstərən bir çox müəllim yerdəyişmə zamanı çalışdığı müəssisəni Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dəyişmək istəyir. Qaydalarına əsasən isə regionlardan göstərilən ərazilərə yerdəyişmə etmək olmur.

 

Bəs müəllim hansı yolla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə yerdəyişmə edə bilər?

 

TehsilForumu.Az xəbər verir ki , Elm və Təhsil Nazirliyi sözügedən sualla bağlı bildirilib 

 

“Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçirilir. İş yerini bu regionlara (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu) dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək, yerdəyişmə edə bilərlər. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malikdirlər”.
0 0

Şərhlər

Oxşar xəbərlər