Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhərində vətəndaşları qəbul edib.
4-03-2023, 13:29
495

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhərində vətəndaşları qəbul edib.

TehsilForumu.Azxəbər verir ki , 03.03.2023-cü il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Şirvan şəhərində vətəndaşları qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.
Keçirilən qəbulda 60 vətəndaş iştirak edib. Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
   Vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd yerlərdə vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil keyfiyyətini yaxşılaşdırmaq və məktəblərdə sağlam, şəffaf mühit formalaşdırmaqdır.
Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli vətəndaş qəbulundan öncə 1 saylı Qızılgül körpələr evi uşaq bağçasında olub  bağçada uşaqlar üçün yaradılan şəraitlə  yaxından tanış olaraq,yataq otaqlarına , mətbəxə, oyun otaqlarına  bağça  ilə bağlı baxış keçmişdir.İdarə müdiri tərəfindən bağça müdirinə  müvafiq tapşırıqlar verərək, işində məsuliyyətli olmasını diqqətinə çatdırıb .

0 1

Şərhlər

Oxşar xəbərlər