Nazir vətəndaşlarla görüş keçirəcək
15-11-2022, 16:00
453

Nazir vətəndaşlarla görüş keçirəcək

Elm və təhsil naziri Emin Əmrullayev 25 noyabr 2022-ci il tarixində Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan , vətəndaşlarla görüş keçirəcək.

TehsilForumu.Az xəbər verir ki , həmçinin qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 17 noyabr 2022-ci il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər