Bu tədris ilində müəllimlər üçün daimiləşdirmə müsabiqəsi keçiriləcək .
15-11-2021, 08:30
311

Bu tədris ilində müəllimlər üçün daimiləşdirmə müsabiqəsi keçiriləcək .

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra bir sıra namizədlər müddətli müqavilə ilə işə qəbul olunub.
 
Həmin şəxsləri maraqlandıran əsas məsələlərdən biri də daimiləşdirmə müsabiqəsinin keçirilib-keçirilməyəcəyi ilə bağlıdır.
 
TehsilForumu.Az xəbər verir ki,İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müddətli müqavilə ilə müvafiq vakant yerə işə qəbul edilən şəxslər üçün tədris ili ərzində daimiləşdirmə müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, dəqiq  tarixlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər