2000 nəfərə yaxın şəxs Prezident təqaüdü alır
19-01-2022, 06:45
304

2000 nəfərə yaxın şəxs Prezident təqaüdü alır

2022-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı məlum olub.

 

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 1197,0 min nəfər olmaqla ölkə əhalisinin 11,9 faizini təşkil edir.

 

Həmin dövrə 397,0 min nəfər sosial müavinət, 299,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

 

Rəsmi məlumata görə, 2021-ci il ərzində birdəfəlik müavinət alanların sayı 83,4 min nəfər təşkil edib.

 

Bundan əlavə, 2022-ci ilin əvvəlinə olan aztəminatlı ailələrin sayı 44,7 min olub. Aztəminatlı ailələrin 194,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 64,3 manat təşkil edib.
0 0

Şərhlər

Oxşar xəbərlər