Bu gün Lütfi Zadə adına beynəlxalq olimpiadanın riyaziyyat fənni üzrə yarışı keçirilir
22-12-2021, 10:10
417

Bu gün Lütfi Zadə adına beynəlxalq olimpiadanın riyaziyyat fənni üzrə yarışı keçirilir

Dekabrın 22-də dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına beynəlxalq olimpiadanın riyaziyyat fənni üzrə yarışı keçirilir.

Təhsil Nazirliyindən TehsilForumu.Az -a  bildirilib ki, riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt ayrılıb.
Xatırladaq ki, Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiadanın məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkili nəzərdə tutulub. 

Dekabrın 23-də informatika fənni üzrə yarış təşkil olunacaq. İnformatika fənni üzrə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək. 

Dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.
0 0

Şərhlər

Oxşar xəbərlər