2022-ci ildə buraxılış imtahanları bu model əsasında keçiriləcək-RƏSMİ
4-01-2022, 13:49
1 450

2022-ci ildə buraxılış imtahanları bu model əsasında keçiriləcək-RƏSMİ

Buraxılış imahanlarının hansı tarixdə keçiriləcəyi məlum deyil, lakin hansı formada təşkil olunması DİM tərəfindən qeyd olunub.  Buraxılış imtahanları 9 və 11-ci siniflər üzrə necə keçiriləcək? Suallar hansı model əsasında tərtib olunacaq?

TehsilForumu.Az - DİM-ə istinadən, həmin modelləri təqdim edir:


Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının modeli Fənnin adı Tapşırıqların sayı Tədris dili - Dil qaydalarına dair qapalı tipli 10 tapşırıq; - Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 və qapalı tipli 8 tapşırıq (hər iki mətn üzrə ümumilikdə 20 tapşırıq) Cəmi: 30 tapşırıq Riyaziyyat - Qapalı tipli 15 tapşırıq; - Cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 6 tapşırıq; - Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq. Cəmi: 25 tapşırıq Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 və qapalı tipli 5 tapşırıq; - qapalı tipli 16 tapşırıq; - Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 5 tapşırıq. Cəmi: 30 tapşırıq
 
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının modeli Fənnin adı Tapşırıqların sayı Tədris dili - Dil qaydalarına dair qapalı tipli 10 tapşırıq; - Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 5 və qapalı tipli 5 tapşırıq (hər iki mətn üzrə ümumilikdə 20 tapşırıq). Cəmi: 30 tapşırıq Riyaziyyat - Qapalı tipli 13 tapşırıq; - Cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 5 tapşırıq; - Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 7 tapşırıq. Cəmi: 25 tapşırıq Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) - Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 3 tapşırıq; - Qapalı tipli 16 tapşırıq; - Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq: bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 4 və qapalı tipli 4 tapşırıq
0 0

Şərhlər

Oxşar xəbərlər