Nazir: "Direktoru kimin təyin etməsinin fərqi yoxdur, əsas şəffaflıqdır"
21-12-2021, 10:53
333

Nazir: "Direktoru kimin təyin etməsinin fərqi yoxdur, əsas şəffaflıqdır"

Yerli təhsil idarəetmə qurumlarının rəhbərləri artıq birbaşa Təhsil Nazirliyinin tabeliyində olacaq. Təhsilin vahid yerdən idarə olunması səmərəliliyi qaldırır”.

TehsilForumu.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.

Onun sözlərinə görə, təhsil prosesi o zaman effektiv olur ki, hamı öz işini düz görür: “Məncə biz forma dəyişikliklərindən yox, daha çox mahiyyət dəyişikliyindən danışmalıyıq. Direktoru kimin təyin etməsinin fərqi yoxdur. Əsas bu prosesi şəffaf qurmaqdır”.
0 0

Şərhlər

Oxşar xəbərlər