"Dərsliklərdə səhvlərin olması normal haldır" - Təhsil naziri
20-12-2021, 12:22
247

"Dərsliklərdə səhvlərin olması normal haldır" - Təhsil naziri

Dərsliklərdə hərf səhvlərinə yol verilməsi normal qarşılanmalıdır".

TehsilForumu.Az xəbər verir ki, bunu Təhsil İnstitutunun 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə təhsil naziri Emin Əmrullayev bildirib.

O, dərsliklərdə yol verilən hər xırda səhvlərin sosial şəbəkələrdə paylaşılmasını qınadığını qeyd edib:

"Dərs vəsaitlərində bu tip xırda xətaların olması başadüşüləndir.  Düşünürəm ki, birlikdə bütün gücümüzlə yol verilən bütün səhvlərin öhdəsindən gələ bilərik. Lakin hər hərf səhvlərinin sosial şəbəkələrdə yayılmasına normal hal kimi baxmaq olmaz".
0 0

Şərhlər

Oxşar xəbərlər