Rəsmi
18-12-2021, 23:53
305
Baş prokurorun əmri ilə Zəngilan rayonuna yeni prokuror təyin olunub
Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad edilərək Hacıqabul rayon prokuroru vəzifəsinə təyin olunub.
TehsilForumu.Az xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a təsdiqləyiblər.
Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.
Şərhlər