Azərbaycanda nə qədər repetitor vergi ödəyir? – Dövlət Vergi Xidmətindən AÇIQLAMA
13-05-2023, 06:44
675

Azərbaycanda nə qədər repetitor vergi ödəyir? – Dövlət Vergi Xidmətindən AÇIQLAMA

Son vaxtlar repetitorluq məsələsi təhsil ictimaiyyətinin müzakirə etdiyi əsas mövzulardan biridir. Nə qədər tənqid olunsa da, repetitorluq xidmətinə müraciət gündən-günə artır.

Repetitorluq xidmətinin indiki zamanda ləğv etməyin çətin olduğunu elm və təhsil naziri Emin Əmrullayev də bir müddət öncə etiraf etmişdi.

Repetirorluq fəaliyyyətinin genişləndiyindən bəhs edilirsə, bu xidmətlə bağlı daha bir məsələ də gündəmə gəlir: repetitorlar da vergi ödəyirlərmi?

Axı qanunvericilikdə bu məsələ təsbit olunub.


Belə ki, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar.


Maraqlıdır, hazırda Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi uçota alınmış repetitor varmı və onlar neçə nəfər təşkil edir? Ötən il repetitor fəaliyyəti fəaliyyəti ilə məşğul olanlar təxminən nə qədər vergi ödəyiblər?

TehsilForumu.Az saytı bu və digər suallarla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.


Dövlat Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarasindən saytımıza cavab olaraq bildirilib ki, sorğuda qeyd olunan məlumatlar kommersiya (vergi) sirri hesab olunduğundan onun təqdim edilməsi nəzərdə tutulmayıb.Qurum bildirib ki, kommersiya sirri təşkil edən məlumatlar yalnız vergi ödəyicisinin özündən - yəni repetotorlardan əldə edilə bilər. 
2 0

Şərhlər

Oxşar xəbərlər