Məktəblərdə metodik xidmət göstərəcək müəllimlərlərin müsahibələri....
10-09-2023, 07:45
3 318

Məktəblərdə metodik xidmət göstərəcək müəllimlərlərin müsahibələri....

TehsilForumu.Az xəbər verir ki, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək şəxslərlə sentyabrın 4-dən başlanan müsahibələr davam edir.İnstitutdan bildirilib ki, müsahibələrdə Bakı şəhəri və 7 regional təhsil idarəsinin (Abşeron–Xızı, Qarabağ, Dağlıq Şirvan, Şərqi Zəngəzur, Mərkəzi Aran, Gəncə–Qazax, Şirvan–Salyan) tabeliyində olan ümumi təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri olmaqla ümumilikdə 300-dən çox şəxs iştirak edib.

Müsahibələrdə müəllimlərin özünü və proqram üzrə mövzunu təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarıqları dəyərləndirilir.

Qeyd edək ki, yaxın günlərdə müsahibə mərhələsindən uğurlu nəticə əldə edən müəllimlərə növbəti mərhələ barədə məlumat veriləcək.
4 0

Şərhlər

Oxşar xəbərlər