"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Baxışlı Əliyeva
6-12-2021, 19:01
773

"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Baxışlı Əliyeva


Öyrədərkən öyrənməyə davam etməyən, öyrətməyi də davam etdirə bilməz....                 

Vüsalə Baxışlı Əliyeva 7 mart 1991-ci ildə İsmayıllıda müəllim ailəsində doğulub. 

 2008 –ci ildə İsmayıllı rayon Qoşakənd kənd tam orta məktəbini əla qiymətlərlə bitirərək, həmin il dövlət imtahanında topladığı yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universistetinin “ İbtidai Təhsilin Pedaqogikası və Metodikası ”ixtisası üzrə bakalavr təhsili alıb.

Təhsil aldığı illərdə bir çox yarışların və “Respublika Fənn Olimpiadaları “nın qalibi olub.
2017 – ci ilə qədər özəl təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib. 2017-ci ildə MİQ imtahanında iştirak edərək İsmayıllı rayon 7 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Az bir zamanda kollektivin və məktəb rəhbərliyininin hörmətini qazanır.İsmayılll Rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirlərdə məqalələri ilə çıxış edir. Lakin ailə vəziyyəti ilə bağlı 2018 –ci ildə “ Müəllimlərin iş yerinin dəyişdirilməsi” müsabiqəsində iştirak edərək iş yerini dəyişmək məcburiyyətində qalır. İmtahanda topladığı 56 balla Bakı şəhəri Sabunçu rayonu Akademik Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbdə fəaliyyətini davam etdirir. Fəaliyyətinin ilk vaxtlarından bu günə kimi çalışqanlığı və innovativliyi ilə məktəb rəhbərliyinin və kollektivin sevgisini qazanmışdır.
"Öyrədərkən öyrənməyə davam etməyən, öyrətməyi də davam etdirə bilməz" deyən Vüsalə müəllim hər zaman öyrənməyə,dərslərini müasir təlim modellərinə uyğun qurmağa çalışmışdır." Dövr dəyişdikcə təhsil sahəsində də yeniliklər qaçılmaz olur. Tədrisdə yenilikləri tətbiq etmək üçün təlimlərdə, konfranslarda iştirakı etmək mütləqdir " deyən Vüsalə müəllim yerli və beynəlxalq konfranslarda daima iştirak edir.

Şagirdlərin bilik və bacarıqlarının artırılması üçün hər zaman yeni təlim və metodlardan istifadə edən Vüsalə müəllim 2017 ci ildən Avropa İttifaqının təşkil etdiyi” eTwinning ” layihələrində fəal iştirak edir. Türkiyə, Azərbaycan, Ukrayna,İspanya, İtalya, Gürcüstan, və bir çox Avropa və Avropa Plus ölkələrin ortaqlığı ilə həyata keçirılən layihələrdə şagirdləri ilə iştirak edərək " Milli Keyfiyyət Nişanı” ilə yanaşı “Avropa Keyfiyyət Nişanı”na da layiq görülüb. 


2019-cu ildə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən "Kiçik Tədqiqatçılar" müsabiqəsinin rayon mərhələsində komandası ilə birlikdə qalib, şəhər mərhələsində isə fərqlənmə ilə təltif olunmuşdur. 2019-cu ildə “Innovative Your Dreams” layihəsində xarici ölkələrin müəllim şagirdləri ilə əməkdaşlıq edərək uğur qazanmışdır Türkiyədə qurulan EYUDER(Eyitim Yöneticileri Ve Uzmanlar Derneyi) təşkilatının Bakı koordinatorudur. Bir çox təlim, kurs və seminraların iştirakçısı və dəvətlisidir.

 Micrasoft şirkətinin və həmçinin bir çox online təlimlər keçən platformların üzvü olaraq təlimlərdə uğurla iştirak edir. Bir çox məqalələrin müəllifidir. "20 Yanvar hadisələrinə hüquqi-siyasi qiyməti Heydər Əliyev verdi". adlı məqaləsi İstanbulda Can Azərbaycan yayımlarının 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş kitabda dərc olunub. Təhsil Nazirliyinin layihəsi olan" Tele Dərs" lərdə iştirak edib. 
Türkiyə, Trabzonda keçirilən " 2020 eTwinning Günü " yarışmasında 2-ci yer qazanaraq diplom və hədiyyələrlə təltif olunub. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Virtual Məktəb layihəsinin həyata keçirilməsində fəal iştirakına görə hədiyyə və təşəkkürnamə ilə təltif olunmuşdur.

Sabunçu rayonu Kiçik Akademiyanın İbtidai bölməsinin imtahan şöbəsinin rəhbəridir.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi üzrə qalib olmuş “Təhsildə Yeni İnqilab – ROBOTİS STEM LV 2 Robototexnika avadanlığı ilə tədris prosesinin qurulması" Layihəsi təlimçisi olub.


Hal -hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsində qalib gəlmiş «3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə» layihəsində təlimçi kimi fəaliyyətini davam etdirir.


2022-ci ildə İstanbulda STEAM PD konfransında iştirak edəcək.. Vətənpərvər ruhlu gənclərin yetişməsi üçün dövlət siyasətini dəstəkləyən tədbirlərin keçirilməsi inkişaf istiqamətlərindən biridir.


Vüsalə müəllim şagirdləri ilə sosial layihələrdə (“Autizmli və Daun sindromlu uşaqlarla iş” və “Valideyn himayəsindən məhrum uşaqlara dəstək” ) hər il fəal iştirak edir. 


“Uğurlu gələcək naminə hər müəllim öz üzərində çalışmalıdır”.-deyən bütün müəllimlərə uğurlar arzulayır.


0 0

Şərhlər

Oxşar xəbərlər