"Müəllimlərimizi Tanıyaq" -  Səbinə Məmmədova
21-04-2023, 20:30
1 091

"Müəllimlərimizi Tanıyaq" - Səbinə Məmmədova


"Müəllimlərimizi Tanıyaq" -  Səbinə Məmmədova rubrikamızda bu dəfə haqqında danışacağıq

Məmmədova Səbinə Oqtay qızı 1972-cu ildə noyabr ayının 2-də Füzuli rayonunda anadan olmuşdur.

1979-cu ildə B.Sərdarov adına orta məktəbin birinci sinfinə qəbul olmuş, 1989-cu ildə həmin məktəbin X sinfini bitirmişdir.

1990-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin kimya-biologiya fakultəsinin əyani şöbəsinə daxil olmuş, 1995-ci ildə həmin fakültəni bitirərək kimya-biologiya ixtisasına yiyələnib.

Azərbaycan Respublikası Təhsil Nazırliyinin təyinatı ilə İmişli rayon Rəsullu kənd orta məktəbinə kimya-biologiya müəllimi təyin edilmiş, 1 il işlədikdən sonra 1996- cı il avqust ayının 25-də Füzuli rayon M.M.Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə ixtisası üzrə müəllim, elə həmin il sentyabr ayının 1-də həmin məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini, baş tərbiyəçi vəzifəsinə təyin edilmişdir.

1998-ci ildə rəhbərlik tərəfindən namizədliyi irəli çəkilərək Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuşdur.

2000-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində məskunlaşdığı üçün yerdəyişmə ilə Sabunçu rayonunda yerləşən Füzuli rayon 53 saylı orta məktəbə kimya-biologiya müəllimi təyin edilmişdir.

2007-ci ildə Füzuli rayon Təhsil Şöbəsinin göndərişi ilə Füzuli rayon 47 №-li orta məktəbə tədris işləri üzrə direktor müavini, 2008- il mart ayının 30-da Füzuli rayonu 5№-li orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir.

2008-ci ildən Füzuli rayon 84 saylı Dairə Seçki Kommisiyasında 66 saylı məntəqənin sədri vəzifəsində işləyir.

2012-ci ildə kimya fənn kurikulumunun tətbiqi ilə əlaqədar təşkil olunmuş “ Öyrədənlərin Öyrədəni “ kursundan keçərək “ Təlimçi “ ststusu, 2013-cü ildə “ Öyrədənlərin öyrədilməsi” proqamı üzrə üç mərhələli təlim kursunu bitirmiş və “ Öyrədən “ statusu almışdır.

2015-ci ildə Təhsil Nazirliyi  ilə Qafqaz Universitetinin təşkil etdiyi “Bu günün və sabahın direktorları “kursunu bitirərək “Uğur”sertifikatını almış, 2015-ci ildə Təhsil Nazirliyinin direktorların işə qəbulu imtahanında 52 bal toplayıb uğur qazanmışdır.

2017-ci il müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edərək 47 bal toplayıbdır. 

2019-cu il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “ Əlillik əngəl deyil” layhəsi üzrə qalibi olmuşdur.

Ailəlidir, iki övladı var.
0 0

Şərhlər

Oxşar xəbərlər