"Müəllimlərimizi Tanıyaq" - Ürfanə Səfərəliyeva
3-03-2023, 09:08
787

"Müəllimlərimizi Tanıyaq" - Ürfanə Səfərəliyeva

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Ürfanə Səfərəliyeva haqqında danışacağıq :

Səfərəliyeva Ürfanə Ehtibar qızı 24 oktyabr 1993-cü ildə Şəki şəhərində anadan olmuşdur. 

O, 2011-ci ildə Şəki şəhər 17 saylı tam orta məktəbi əla qiymətlərlə bitirmiş, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin Şəki filialında İbtidai sinif müəllimliyi ixtisası üzrə ali təhsil almışdır. 

2017-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında 53 bal toplayaraq uğur qazanmış, 15 sentyabr 2017-ci ildən Şəki rayon Aşağı Daşağıl kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 

1 fevral 2023-cü il tarixindən Şəki rayon Şorsu tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, hazırda həmin məktəbdə vəzifəsi üzrə fəaliyyət göstərir. 

Təhsil aldığı illərdə olimpiada, müsabiqə və tədbirlərdə iştirak etmiş, təltif olunmuşdur. 

Şəki rayon Aşağı Daşağıl kənd ümumi orta məktəbində pedaqoji fəaliyyət göstərdiyi müddətdə interaktiv təlim metodlarından istifadə etməklə pedaqoji ustalıq və şəxsi yenilik nümunəsi göstərmiş, eyni zamanda beynəlxalq və yerli konfranslarda, seminar və təlim kurslarında iştirak etməklə daim öz üzərində işləmiş, öz peşə borcunu keyfiyyətlə icra etmişdir. 

Müəllimin pedaqoji fəaliyyətinin bir hissəsi şəxsi youtube və facebook səhifələrində yer alıb. 
https://youtube.com/@urfansfrliyeva
https://www.facebook.com/profile.php?id=100036389750726&mibextid=ZbWKwL

Müəllimə ən düzgün qiyməti şagird verir. Ürfanə müəllim ixtisası üzrə işlədiyi müddətdə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına xüsusi önəm vermiş, səmimi və mehriban ünsiyyət quraraq şagirdlərinin sevimlisi olmuş, sevgi ilə öyrətməyi üstün tutmuşdur. 

Müəllimin fikrincə, "Müəllim uğurunun əsasında şagirdlərinə qarşı bəslədiyi doğma münasibət, sevgi, hörmət dayanır. Yaradıcılıq qabiliyyəti, davranışı, geyim, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə şagirdi cəlb etməyi bacaran müəllim şagirdin idrak proseslərinə; duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyülünə bilavasitə təsir etməyi bacarmalı, bunun üçün dəlil və faktlardan yeri gəldikcə istifadə etməli, müasir dünyanın insanını formalaşdırmaq üçün əvvəlcə özünü inkişaf etdirməlidir."
0 0

Şərhlər

Oxşar xəbərlər