"Müəllimlərimizi Tanıyaq" -  Aynur Səmədzadə
18-02-2023, 17:33
694

"Müəllimlərimizi Tanıyaq" - Aynur Səmədzadə

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aynur Səmədzadə ( Nur Samedsoy ) haqqında danışacağıq :

Aynur Tahir qızı Səmədzadə 24 iyun 1996-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 

İlk təhsilini Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində,eyni zamanda, Lənkəran şəhər H.Rzayeva adına 2saylı musiqi məktəbində 7 illik musiqi təhsilidə almışdır.
 
2010-cu ildə Türkiyədə təşkil olunan “Uluslar arası Mahnı müsabiqəsinin final mərhələsinə iştirak üçün uğur qazanaraq Azərbaycanı təmsil üçün seçmələrdə 1ci yeri tutmuşdur.

2012-ci ildə məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Lənkəran Dövlət Humanitar Pedaqoji kollecinin Musiqi fakültəsində İnstrumental İfacılıq ixtisasına qəbul olmuş və 2016cı ildə fərqlənmə diplomu ilə bitirmişdir.
 
2016-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi müəllimliyi ixtisasında təhsil almışdır.

2020-ci ildə Müəllimlərin İşə Qəbulu Müsabiqəsində vakant yer tutaraq Musiqi müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdır.

Təhsil aldığı müddətdə bir çox festival və tədbirlərdə fəal iştirak etmiş, həmçinin “Gələcəyin müəllimi “adı müsabiqədə vokal-estrada nominasiyası üzrə 1ci yer tutmuşdur.

Beynəlxalq və yerli təlimlərdə, konfranslarda iştirak edərək sertifikatlarla təltif olunmuşdur.
 
Pedaqoji fəaliyyəti zamanı şagirdləri bir çox musiqi yarışmalarında, festivallarda uğurlu çıxışlar etmiş və dərəcə qazanmışlar.
0 0

Şərhlər

Oxşar xəbərlər