"Müəllimlərimizi Tanıyaq" -  Aygün Qurbanova
11-02-2023, 14:47
803

"Müəllimlərimizi Tanıyaq" - Aygün Qurbanova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Aygün Qurbanova haqqında danışacağıq :


Aygün Qurbanova 1995-ci oktyabrın 7-si Balakən rayonunda anadan olmuşdur.

İlk təhsilini Hənifə kənd tam orta məktəbində aldıqdan sonra, Balakən rayon Humanitar və texniki təmayüllü liseyə daxil olmuşdur.

2013-2017 - ci illərdə Sumqayıt Dövlət Universitetində Tarix coğrafiya müəllimi ixtisası üzrə bakalavr təhsili almışdır.

Elə həmin il Miq imtahanında iştirak edərək Kürdəmir rayon Sovla kənd tam orta məktəbində coğrafiya müəllimi kimi pedoqoji fəaliyyətə başlamışdır.

2018-ci ildə yerdəyişmə müsabiqəsində iştirak edərək Qax rayon Şotavar kənd tam orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyətini davam etdirmişdir.

Bu müddət ərzində repetitor kimi fəaliyyət göstərmişdir.

Daha sonra 2022-ci ildə MİQ imtahanında iştirak edərək Balakən rayon Qazbölük kənd tam orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyətini davam etdirmişdir.

6 illik pedoqoji fəaliyyəti dövründə Azərbaycan Gənc Müəllimlər Assosasiasının və Azərbaycan Maarifçilər Assosasiasının üzvü olmuş və bir sıra təlim layihələrdə iştirak etmişdir.

Etwining layihə portalında "Communication" və "Bilimin ışığında " layihələri üzrə  "Milli keyfiyyət nişanı" qazanmışdır.

"Təbiət fənninin tədrisi metodikası" üzrə ixtisasartırma proqramını uğurla başa vurmuşdur
Hal hazırda hazırlıq kursunda repetitor və təlimçi müəllim kimi fəaliyyət göstərir

Ən böyük arzusu isə, təhsil sahəsində yenilikçi müəllim kimi tanınmaqdır.

Uğurlar arzulayırıq !
0 0

Şərhlər

Oxşar xəbərlər