"Müəllimlərimizi Tanıyaq" - Ceyhun Sadizadə
21-01-2023, 09:19
673

"Müəllimlərimizi Tanıyaq" - Ceyhun Sadizadə


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Ceyhun Sadizadə haqqında danışacağıq :

Sadizadə Ceyhun Bəxtiyar oğlu 15 iyul 1996-cı ildə Yardımlı rayon Şəfəqli kəndində anadan olub. 

2002-2013-cü illərdə Yardımlı rayon Şəfəqli kənd tam orta məktəbində tam orta təhsil almışdır.

2013-cü ildə qəbul imtahanlarında iştirak edərək, Lənkəran Dövlət Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşdur.

Universitetdə təhsil aldığı müddətdə bir neçə dəfə universitet daxili və universitetlər arası intellektual yarışlarda iştirak etmiş və qalib olmuşdur.

2017-ci ildə Lənkəran Dövlət Universitetindən məzun olmuşdur. 2017-2018-ci illərdə Dövlət Sərhəd Xidmətində hərbi qulluq keçmişdir.

2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək Yardımlı rayon Mamulğan kənd ümumi orta məktəbində müəllim kimi çalışmağa başlamışdır.

2019-cu ildə müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edib uğur qazanaraq Yardımlı rayon Cerinbel kənd tam orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirmişdir.

2021-ci ildə yenidən MİQ müsabiqəsində iştirak edib yüksək nəticə göstərərək, Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi çalışmağa başlamışdır.

Şagirdlərə stimul etmək məqsədi ilə hər ay yarışlar təşkil etmiş və qalib gələn şagirdlərin diplom və hədiyyələrlə təltif etmişdir.  

2018-ci ildən həm coğrafiya üzrə repitetorluq fəaliyyəti ilə, həmdəki kurikulum üzrə təlimçilik fəaliyyəti ilə məşğuldur.

TİPİİ və ARTİ-nin təşkil etdiyi təlimlərdə iştirak etmiş, “Həyat bilgisinin tədrisi metodikası” və “Təbiət fənninin tədrisi” üzrə sertifikatlar almışdır.
 
Fəaliyyət göstərdiyi 5 il müddətində məktəb rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılmışdır

1 0

Şərhlər

Oxşar xəbərlər