"Müəllimlərimizi Tanıyaq" -  Hənifə Əhmədova
13-02-2023, 09:14
713

"Müəllimlərimizi Tanıyaq" - Hənifə Əhmədova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Hənifə Əhmədova haqqında danışacağıq.

Hənifə Əhmədova 20 dekabr 1991-ci ildə Xaçmaz rayon Həsənqala kəndində anadan olmuşdur.

1998-ci ildə Xaçmaz rayon A. Mustafayev adına Həsənqala kənd tam orta məktəbində birinci sinfə getmişdir. 2009-cu ildə həmin məktəbi bitirmişdi. 

2010-2014-cü illərdə Azərbaycan Muəllimlər İnstitutunun Quba filialında ibtidai sinif müəllimiyi ixtisası üzrə bakalavr təhsili almışdır. 

Tələbə oldugu müddətdə institutun tədbirlərində və müxtəlif tədbirlərdə fəal iştirak etmişdir. 

2014-cü ildən muxtəlif kurslarda repetitor kimi fəaliyyətə başlamışdır. 

2017-ci ildə miq imtahanı ilə Hacıqabul rayon Kolanı kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində fəaliyyətə başlamışdır. 

Pedagoji fəaliyyəti ərzində müxtəlif beynəlxalq və yerli konfrans və təlimlərə qatılmışdır. 

2021-ci direktor müavinlərinin imtahanından ugurla keçmişdir. 

İşinə olan sevgisi sayəsində yaşayış yeri Sumqayitdan çox uzaq məsafədə yerləşən Hacıqabul rayon Kolanı kənd tam orta məktəbində 6 illik fəaliyyətini davam etdirir. 

Ən böyük arzusu savadlı cəmiyyət yetişdirmək və təhsil sahəsində uğur qazanmaqdır.
1 0

Şərhlər

Oxşar xəbərlər