Gəncə şəhərində - “İnklüziv formada Fiziki tərbiyə məşğələləri və idman yarışlarının keçirilməsi” adlı layihəsi davam edir
10-11-2022, 07:08
662

Gəncə şəhərində - “İnklüziv formada Fiziki tərbiyə məşğələləri və idman yarışlarının keçirilməsi” adlı layihəsi davam edir

TehsilForumu.Azxəbər verir ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Fiziki tərbiyə müəllimi Murad Məmmədovun Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş “İnklüziv formada Fiziki tərbiyə məşğələləri və idman yarışlarının keçirilməsi” adlı layihəsinin icrası davam edir.  

Layihə çərçivəsində yarışlar psixoloq Güləmbər Əliyevanın nəzarətində, Təlimçi Musayeva Aytən tərəfindən aparılır. Baş verə biləcək hər hansı bir qısnamanın qarşısı mütləq şəkildə alınır. Şagirdlərə intellektual oyunlar, mütəhərrik oyunlar, dama oyunları və idman oyunları təşkil edilir. Layihənin məqsədi Gəncə şəhərində sağlamlıq imkanları yetərli olan şagirdlər ilə sağlamlıq imkanları məhdud olan şagirdlərin bir yerdə təhsil - inklüziv təhsil almasını təmin etmək, eyni zamanda bu kateqoriyadan olan uşaqların idmana, Xüsusi Olimpiya hərəkatına marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.




0 0

Şərhlər

Oxşar xəbərlər