“Şahdağ Xeyriyyə” İB layihənin icrasını davam etdirir.
24-04-2022, 07:38
322

“Şahdağ Xeyriyyə” İB layihənin icrasını davam etdirir.

“Şahdağ Xeyriyyə” İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “İnternat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri ilə peşəyönümü tədbirlərinin təşkili.” adlı layihənin icra edir. 



Layihə 3 ay müddətində davam edəcək. Layihənin əsas ideyası şagirdləri ölkəmizdəki peşə təhsili sistemi ilə yaxından tanış etmək, əmək bazarında olan aktual və perspektivli peşələr barədə maarifləndirməkdir. Layihə çərçivəsində təşkil edilən tədbirlərdə şagirdlərlə peşəyönümü məzmunlu söhbətlər aparılır. 

Ölkəmizin peşə təhsili sisteminin vəziyyəti və perspektivləri barədə, burada öyrədilən peşələr haqqında ətraflı məlumat verilir. Şagirdlər “Peşə Təhsili üzrə Dövlət Agentliyi”nin fəaliyyəti və saytı ilə ətraflı tanış edilmiş, daha sonra tədbirdə müasir peşələr mövzusunda qisametrajlı videosüjetlər nümayiş etdirilmişdir. 

 İnteraktiv formatda keçən tədbirdə şagirdlər öz peşə seçimləri, gələcək karyera arzuları barədə danışmış, onları maraqlandıran məsələlərə dair suallar vermişlər. Şagirdlərin sualları ətraflı cavablandırılmışdır. Tədbir şagirdlərin böyük marağına səbəb olmuşdur.
0 0

Şərhlər

Oxşar xəbərlər