Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə !
10-01-2024, 07:24
450

Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə !

TehsilForumu.Az təqdim edir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir! 

Təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərimizin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını dəstəkləmək məqsədi güdən layihənin “ASA-MTP010-TL24-2” nömrəli təməl liderlik təlimi Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 5 gün müddətinə baş tutacaq.


0 0

Şərhlər

Oxşar xəbərlər