AVMA Layihəsinin İlk Səfəri Sabirabad Rayonuna Oldu: Nümunəvi Müəllimlər Seçildi / FOTOLAR
5-06-2024, 12:09
514

AVMA Layihəsinin İlk Səfəri Sabirabad Rayonuna Oldu: Nümunəvi Müəllimlər Seçildi / FOTOLAR

“Müəllim cəmiyyətin xilaskarı kimi" adlı "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyətinin ilk səfəri 3 iyun 2024-cü il tarixində Sabirabad rayonuna olub.

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə  AVMA İB Mətbuat və İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, layihənin icrasına hazırlıq məqsədilə rayon İcra hakimiyyətinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin Mil Muğan Regional İdarəsinin rəhbərliyi ilə görüş-məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 4 iyun 2025-ci il tarixdə Sabirabad 5 saylı şəhər məktəbində rayonun 6 nümunəvi müəllimləri ilə görüş müsahibə aparılıb, Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar əsasında 2 ən nümunəvi müəllim seçilib. Müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Müəllimlər keçirilən bu müsahibə görüşdə Bakıdan birliyin icraçı direktoru Şahin Rəcəbov olmaqla, AVMA İB Ekspertlər Şurasının sədri, Təhsil eksperti Nadir İsrafilov, Təhsil Forumu Sosial Platformasının rəhbəri Emil Tağızadə olublar. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.

Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir. Layihə üzrə növbəti səfər Siyəzən rayonuna olacaqdır.

Qeyd edək ki, icra, təhsil orqanları, yerli icmalar, təhsil təşkilatları və müəllimlərin özləri təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.
1 0

Şərhlər

Oxşar xəbərlər