Məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda keçirilən görüşlər davam edir.
9-04-2024, 12:58
320

Məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda keçirilən görüşlər davam edir.

Növbəti görüşlər Nəsimi, Xəzər və Pirallahı rayonlarını əhatə edib.  

 

Görüşlərdə iştirakçılara layihənin əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallar, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artırılması, eyni zamanda layihə çərçivəsində valideynlərlə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

 

Bundan əlavə, görüşlərdə uşaqlara qarşı zorakılığın qarşısının alınması, zorakılığa məruz qalan uşaqlar və hüquq pozuntusu törətmiş uşaqlara sosial, psixoloji, hüquqi xidmətlərin təşkili məsələlərinə də toxunulub.

 

Görüşlərdə uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində müvafiq təkliflər irəli sürülüb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşlərin paytaxtın digər inzibati rayonları üzrə də davam etdirilməsi nəzərdə tutulur.

 
0 0

Şərhlər

Oxşar xəbərlər