Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi sabah başa çatır
7-04-2024, 14:26
194

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi sabah başa çatır

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Ərizələrin qəbulu aprelin 8-i saat 11:00-a qədər aparılacaq.

0 0

Şərhlər

Oxşar xəbərlər