"ANA DİLİM ŞİRİNDİR " adlı tədbir təşkil olunub - ƏTRAFLI
21-02-2024, 16:00
462

"ANA DİLİM ŞİRİNDİR " adlı tədbir təşkil olunub - ƏTRAFLI

TehsilForumu.Azxəbər verir ki , 21.02.2024-cü il tarixdə Quba rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına  tam orta məktəbin kitabxanasında 21 Fevral Beynəlxalq "ANA DİLİM ŞİRİNDİR " adlı tədbir təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
  Ümummilli Lider Heydər Əliyevin Ana dilimizə sevgi və diqqətini əks etdirən kəlamları səsləndirildi.
Tədbiri təşkil edən elə həmin məktəbin kitabxana müdürü Allahverdiyeva Səbirə xanım çıxış edib.Tədbirdə məktəbin psixoloqu Gülnar Həmdullayeva,Uşaq birliyi rəhbəri Mövlanova Zümrüd və Sinif rəhbəri , Yap Quba rayon Təşkilatının fəal üzvü Nigar Müəllimə Əlimirzəyeva da iştirak edib. Tədbir çox gözəl təqdim edildi. Şagirdlərin çıxışları və şeirləri dinlənildi. Bayramınız mübarək əziz Ana dilimizi sevib, qoruyanlar..!
https://www.facebook.com/share/v/k6LshWAASXqf1T5B/?mibextid=oFDknk
0 0

Şərhlər

Oxşar xəbərlər