Məktəblərdə yeni şagird davranış qaydaları tətbiq olunur
8-01-2024, 13:46
1 677

Məktəblərdə yeni şagird davranış qaydaları tətbiq olunur

Məlum olduğu kimi, növbəti dərs ilindən orta məktəblərdə yeni şagird davranış qaydaları tətbiq ediləcək. Bu, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” layihələrdə əksini tapıb.

Yeniliklərə əsasən , şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara  əməl etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər. Təlimatda, həmçinin şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.“Qaydalara əsasən, təhsilverənlər və məktəb rəhbərliyi şagirdin ümumi davranış problemləri ilə əqli gerilik və ya xüsusi ehtiyaclardan (təhsil, psixi və emosional inkişafın ləngiməsi, fiziki çatışmazlıq) irəli gələn davranışları fərqləndirməyi bacarmalıdırlar.

Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar.

Ev tapşırığını etməmək davranış pozuntusudur

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev mətbuata açıqlamasında qeyd edib ki, şagird dərsə tez-tez gecikirsə, artıq onun davranış pozuntusu növbəti dərəcəyə keçir. Yəni, xəbərdarlıqlara baxmayaraq, yüngül davranış pozuntuları davam edərsə, bu sonradan ağır formalı davranış pozuntusuna adlayır. Şöbə müdiri davranış pozuntuları sırasında yalan danışmaq məsələsinə də aydınlıq gətirib. O deyib ki, yalan danışmaq qeyri-etik davranışdır, qaydalarda bunların qeyd edilməsi şagirdlərə bunun səhv olduğu anlayışını formalaşdırmaqdır: “Ona görə davranış pozuntuları ayrı-ayrılıqda ifadə olunub ki, şagird bilsin ki, məsələn, ev tapşırığını etməmək davranış pozuntusudur. Məktəblərdə çalışan hər bir işçinin əsas hədəfi şagirdin sağlamlığı, təhlükəsizliyi və inkişafı olmalıdır. Yalnız bu halda məktəblərdə sağlam mədəniyyət, sağlam mühit yarada bilərik. Məktəbin direktorundan texniki işçiyə qədər hamı çalışmalıdır ki, şagirdlər üçün sağlam mühit yaradılsın. Direktorların vəzifələrindən biri də budur ki, məktəbdə çalışan şəxslər arasında vəzifə bölgüsü etsin. Şagird davranışının tənzimlənməsi ilə bağlı təhsilverənlərə öhdəliklər verilməlidir, burada direktor müavinləri, sinif rəhbərləri, müəllimlər cavabdehlik daşıyacaq”.Şöbə müdiri şagirdin davranış qaydasına uyğun sarı, narıncı və qırmızı məktubların verilməsi məsələsinə də toxunub: “Davranış qaydasının pozulması ilə bağlı şagirdə sarı, narıncı və qırmızı məktub verilir. Bu məktub həm şagirdin valideynlərinə göndərilir, həm də məktəbdəki şəxsi işinə əlavə edilir. Davamlı olaraq qırmızı məktubun verilməsi o deməkdir ki, artıq bu şagirdlə bu səviyyədə çalışmaq faydasızdır. Bu halda yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara müraciət edilə bilər. Eyni zamanda, polis idarələrində yetkinlik yaşına çatmayanlarla bağlı işlərə cəlb olunan inspektorlar, müfəttişlər də prosesə cəlb oluna bilər”.

E.Əliyev, eyni zamanda, vurğulayıb ki, şagirdlərə müsbət davranış qaydalarına görə  yaşıl kartlar da veriləcək: “Bu kartlar da həm valideynlərə göndərilir, həm də şagirdin şəxsi işinə əlavə olunur. Müsbət davranışla bağlı davamlı yaşıl kartlar nəticəsində şagirdlərə təşəkkürnamə, təltifnamə və ya diplomlar verilə bilər”.Xatırladaq ki, məktəblərdə şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə təsnifatlandırılıb. Sənəddə davranış pozuntularının ağırlığına görə 5 səviyyə müəyyənləşdirilib. 1-ci səviyyə yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s. 3-5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s. Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır.

Yeri gəlmişkən, oktyabrın 28-də “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda təşkil edilən dəyirmi masada da bu mövzu geniş müzakirə olunub. Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov hər iki sənədin ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini söyləyib. Bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. Bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət), əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” məktəblər tərəfindən qoyulmuş qadağalar kimi deyil, əksinə, uşaqlar üçün daha rahat mühit və sivil davranışın tənzimlənməsi imkanlarıdır.

Bəs, mütəxəssislər yeni şagird davranış qaydalarını doğru və effektiv hesab edirlərmi?

Yeni qaydalar məktəblərdə xoşagəlməz halların qarşısını alacaq

Təhsil eksperti İlqar Orucov “İki sahil”ə açıqlamasında bildirdi ki, qaydaların hazırlanmasını dəstəkləyir: “Məktəb tərbiyə müəssisəsi kimi cəmiyyətə nümunəvi davranışı aşılamalıdır. İstər müəllimlər, istərsə də şagirdlər üçün nizam-intizam qaydaları olmalıdır. Bütövlükdə məktəb subyektlərinin hər biri üçün belə qaydaların hazırlanması və tətbiq olunması zərurəti var.”

Ekspert diqqətə çatdırdı ki, şagirdlərin yeni davranış qaydalarının tətbiqini insan hüquqlarının məhdudlaşdırılması kimi yox, nümunəvi davranışın təşviqi kimi görürəm: “Burada şagirdlərin hüquqlarının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Əksinə, bu normalar hüquqların düzgün müəyyənləşdirilməsi baxımından istiqamətverici rol oynayacaq. Bu baxımdan ümid edirəm ki, yeni qaydalarla məktəblərdə son illərdə mövcud olan nizamsızlıq və xoşagəlməz halların qarşısı alınacaq. Zənnimcə, hətta bu normaların qəbul olunmasında xeyli gecikmişik. Nə qədər bu cür tənzimləyici qaydalar ortaya qoysaq cəmiyyətdə səliqəli və nizam-intizamlı mühiti formalaşdıra Beləliklə , 
Pilot şəkildə 300 məktəbdə tətbiq olunan yeni şagird davranış qaydaları ilə bağlı yekun qiymətləndirmə işləri hələ tamamlanmayıb”.
TehsilForumu.Az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu ilin sonu və gələn ilin əvvəli üçün prosesin yekunlaşması nəzərdə tutulur: “Nəticədən asılı olaraq məktəb sayının artması nəzərdə tutulur. Məktəb sayının 300-dən 500-ə artırılması hədəflənir”.
1 0

Şərhlər

Oxşar xəbərlər