Ramin Əlizadə: Qalib dövlətin Zəfər Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır...
10-11-2023, 16:08
312

Ramin Əlizadə: Qalib dövlətin Zəfər Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır...

“Azərbaycan xalqının müstəqil dövlətçilik tarixində bayraq mühüm yer tutur. Dünyada elə dövlətlər var ki, onların bayraqlarında əks olunan elementlər ya çox sadə rəmzləri əks etdirir, ya da ümumiyyətlə reallığı əks etdirmir. Azərbaycan bayrağı isə tarixi kimliyimizi, dövlətçilik ənənələrimizin varisliyini vahid ideologiya şəklində rəmzləşdirir. Müqayisə üçün qeyd edək ki, Ermənistanın dövlət rəmzləri içərisində Ağrı dağının əks edilməsi əslində heç bir tarixi gerçəyə söykənmir. Qeyd edək ki, qədim zamanlardan çağdaş zamanadək Ağrı dağı ətrafında yaşayan türk tayfaları burada zəngin mədəniyyət yaratmış, elat həyat tərzi sürüblər”.

TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə bu fikirləri açıqlamasında AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib.

O bildirib ki, türk xalqlarının dövlətçilik rəmzləri zəngin tarixi-mədəni ənənələrə malikdir. Qeyd edib ki, Azərbaycan türklərinin min illər boyu yaşadığı Xəzər dənizi ilə Şərqi Anadolu arasında geniş coğrafiyada onlarla qayaüstü rəsmlər mövcuddur.
“Azərbaycan xalqının müstəqil dövlətçilik tarixində bayraq mühüm yer tutur. Dünyada elə dövlətlər var ki, onların bayraqlarında əks olunan elementlər ya çox sadə rəmzləri əks etdirir, ya da ümumiyyətlə reallığı əks etdirmir. Azərbaycan bayrağı isə tarixi kimliyimizi, dövlətçilik ənənələrimizin varisliyini vahid ideologiya şəklində rəmzləşdirir. Müqayisə üçün qeyd edək ki, Ermənistanın dövlət rəmzləri içərisində Ağrı dağının əks edilməsi əslində heç bir tarixi gerçəyə söykənmir. Qeyd edək ki, qədim zamanlardan çağdaş zamanadək Ağrı dağı ətrafında yaşayan türk tayfaları burada zəngin mədəniyyət yaratmış, elat həyat tərzi sürüblər”.

Bu fikirləri açıqlamasında AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib.

O bildirib ki, türk xalqlarının dövlətçilik rəmzləri zəngin tarixi-mədəni ənənələrə malikdir. Qeyd edib ki, Azərbaycan türklərinin min illər boyu yaşadığı Xəzər dənizi ilə Şərqi Anadolu arasında geniş coğrafiyada onlarla qayaüstü rəsmlər mövcuddur.

“Bu qayaüstü rəsmlərin içərisində əcdadlarımızın həyat tərzi və mənəvi dünyası ilə bağlı olaraq meydana gəlmiş abidələr mühüm yer tutur. Qobustandan Kəlbəcərə, Naxçıvana, İrəvana, Şörəyelə və Qarsadək türkün erkən yazı mədəniyyətinin təcəssümü olan bu abidələr sonrakı dövrlərdə Azərbaycan türkləri tərəfindən qurulmuş dövlətlərin hakimiyyət rəmzlərinə çevrilib. Yüzilliklər boyu regionda başlıca tədavül vasitəsi olan yerli pul nişanlarımızın üzərində də öz əksini tapıb. Azərbaycan bayrağının üzərindəki səkkizguşəli ulduzun erkən tarixi nümunələrinə Qobustanın, Qarabağın, Naxçıvanın, Zəngəzurun və Azərbaycanın cənubunda Qaradağ və Ərdəbil ətrafında qayaüstü rəsmlərin içərisində on min il bundan əvvəl əcdadlarımız tərəfindən həkk edilmiş ulduzlu səmanın, Göy Tanrıya inanc sisteminin rəmzi kimi rast gəlinir. Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində erkən dövlət qurumlarımızın əsasını qoyan Quti və Lullubi tayfalarının panteonunda Günəş, Ay və Ulduz inancları geniş yayılıb. Azərbaycanın müxtəlif yerlərində aparılmış arxeoloji qazıntılar nəticəsində eradan əvvəl IV-I minilliklərdə Tunc və Dəmir dövrlərinə aid hakimiyyət rəmzləri olan səkkizguşəli ulduz, Günəş və Ay təsvirlərini əks etdirən döyüş bayraqları sayılan standart başlıqları aşkar edilmişdir. Eradan əvvəl IX əsrdə Urmiya gölünün cənubunda meydana gəlmiş qədim Azərbaycan dövləti olan Manna dövlətinin döyüş bayraqlarının təsvirlərinə Assuriya imperiyasının paytaxtı Nineviyanın saray rəsmlərində rast gəlmək olar”, - deyə Ramin Əlizadə əlavə edib.

O, Azərbaycan türkcəsində bayraq sözü ilə yanaşı tuğ, sancaq və ələm sözlərinin də geniş yayıldığını vurğulayıb: “Kitabi-Dədə Qorqud” dastanında tuğ türk boylarının hakimiyyət rəmzi kimi müqəddəs simgə kimi xatırlanır. Türk xalqları üçün tuğ, bayraq sancılan torpaq vətən torpağıdır. Buna görə də bayraq sözünün geniş yayılmış daha bir variantı sancaq adlanır. XI əsrdə tanınmış türk alimi Mahmud Qaşğarlının “Divani lüğət-it-türk” əsərində bayraq sözünü işlətməsi, əslində bu sözün ümumtürk sözü olmasını göstərir və “batırmaq” felindən qaynaqlanır. Orta əsrlər dövründə Azərbaycan türkləri tərəfindən qurulmuş Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar kimi qüdrətli dövlətlərin bayraqları xalqımızın qədim dövlətçilik ənənələrinin nəsildən-nəslə ötürüldüyünü təsdiq edir. İstanbulda Topqapı Saray Muzeyində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin bayraqları saxlanılır.Azərbaycan Səfəvilər dövlətinin hakimiyyət rəmzləri içərisində Günəş, Ay və Ulduz elementlərinə rast gəlinir. Qeyd edək ki, əzəli türk torpağı olan müasir Ermənistan Respublikasının ərazisində ilk dalğalanan bayraq mərkəzi İrəvan olan Çuxursəd bəylərbəyiliyinin hakimlərinə məxsus olmuşdur. Bu bəylərbəyiliyi idarəedən hakimlər Azərbaycan türklərinə mənsub olub. XVIII əsrin ikinci yarısında İrəvan xanlarının bayrağının olması onların müstəqilliyini göstərirdi. Qeyd edək ki, bu tarixi faktlar müasir Ermənistan Respublikasının ərazisinin əsl sahiblərinin kimliyini də müəyyən etməyə imkan verir. Üç yüz il bundan əvvəl müasir Ermənistan ərazisində Azərbaycan türklərinin bayrağı dalğalanmışdır. 1918-ci ilin mayında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra mühüm tədbirlərdən biri də müstəqil hakimiyyət rəmzi kimi bayraq haqqında qərarın verilməsi oldu. 1918-ci il iyunun 21-də əvvəlcə qırmızı rəngdə, ortasında isə ağ rəngdə aypara və səkkizguşəli ulduz təsviri olan Azərbaycan bayrağı qəbul edildi. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin məruzəsi ilə Azərbaycanın mavi, qırmızı və yaşıl rəngli, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan yeni bayrağı qəbul edildi. Mavi rəng Azərbaycan xalqının türksoylu olmasını, qırmızı rəng müasirliyini, yaşıl rəng isə İslam mədəniyyətinə mənsub olmasını ifadə edir. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdə dövlət rəmzlərindən biri olan üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi əsas qanunla müəyyən edildi”.“Azərbaycan bayrağının tarixində ən önəmli günlər şübhəsiz ki, qalib dövlətin Zəfər Bayrağı kimi işğaldan azad edilmiş torpaqlarımızda dalğalandığı bu günlərdir. 2020-ci ilin payızında 44 günlük Vətən Savaşında Müzəffər Ordumuz işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımızı ucaltmaqla Azərbaycanın haqq savaşını və ərazi bütövlüyünü bütün dünyaya bəyan etdi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad zamanı ən yüksək məqamda Azərbaycan bayrağının dalğalanması Qarabağın əsl sahiblərinin kim olduğunu bir daha göstərdi”, - deyə Ramin Əlizadə fikrini yekunlaşdırıb.
0 0

Şərhlər

Oxşar xəbərlər