Növbəti sertifikasiya: riyaziyyat, xarici dil və tarix müəllimləri...
17-08-2023, 19:00
3 291

Növbəti sertifikasiya: riyaziyyat, xarici dil və tarix müəllimləri...

Məlum olduğu kimi, 2023-cü ilin 20-24 iyun tarixlərində Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi baş tutdu.

 

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən bu ilin sentyabr ayına qədər sözügedən müəllimlər müsahibə mərhələsindən keçəcəklər.

 TehsilForumu.Az xəbər verir ki , növbəti il sertifikatlaşdırma prosesinə cəlb olunacaq fənn müəllimləri riyaziyyat, xarici dil və tarix üzrə təhsilverənlər olacaq.

 

Bəs həmin müəllimlər gələn il təşkil olunacaq sertifikasiya prosesinə necə hazırlaşmalıdır? Yüksək nəticə əldə etmək istəyən təhsilverənlər hansı məqamlara daha çox diqqət yetirməlidir?

Açıklama yok.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə gələn il sertifikasiyaya cəlb olunacaq müəllimlərin nəticələri daha yüksək olacaq:

 

“2023- cü ilin iyun ayından Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesi artıq yekunlaşıb. Növbəti fənn müəllimlərinin riyaziyyat, xarici dil və tarix müəllimlərinin olması gözlənilir. Təbii ki, hər bir müəllim illərlə işlədiyi, tədris etdiyi fənn üzrə minimum biliklərə sahibdir. Müəllimlərə tövsiyəmiz odur ki, tədris etdikləri fənn üzrə metodiki biliklərə ümumi olaraq fənnin metodikasını öyrənməyə üstünlük versinlər və təlim strategiyalarını öyrənsinlər.Əslində sertifikasiya hansısa işə qəbul müsabiqəsi deyil. Biz bunu dəfələrlə müəllimlərə bildirməyə çalışmışıq. Həmin müsabiqə namizədlərin tədris etdiyi sahə ilə bağlı peşə yararlılığını yoxlayır. Düşünürəm ki, bu il sertifikasiyadan keçən Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinə nisbətən tarix, xarici dil və riyaziyyat müəllimlərinin nəticələri daha yaxşı olacaq”.

 

Ekspert təklif edib ki, sertifikasiyaya cəlb olunacaq xarici dil müəllimlərinin danışıq qabiliyyəti mütləq yoxlanılmalıdır:

 

“Qeyd edim ki, bizim ölkədə xarici dilin tədrisi ilə bağlı çox ciddi problemlər var. Təxminən 30 minə yaxın xarici dil müəllimi fəaliyyət göstərir. Və onların böyük əksəriyyəti tədris etdikləri dildə danışa bilmirlər.

 

İstərdim ki, xarici dil müəllimlərinin sertifikasiyası zamanı onlardan tədris etdikləri dildə danışmaları tələb olunsun. İndidən elan olunsun ki, tədris etdikləri fənn üzrə danışıq bacarıqlarına malik olmalıdırlar. Düşünürəm ki, bu proses sözügedən fənn üzrə çox ciddi problemlərin aradan qaldırılmasına qismən kömək edəcək. Bu məsələ sertifikasiyada hökmən nəzərə alınmalıdır”.
0 0

Şərhlər

Oxşar xəbərlər