Mərkəzi Aran Regional Təhsil İdarəsi - Əziz uşaqlar, bayramınız mübarək adlı silsilə tədbirlər
1-06-2023, 13:15
382

Mərkəzi Aran Regional Təhsil İdarəsi - Əziz uşaqlar, bayramınız mübarək adlı silsilə tədbirlər

TehsilForumu.Az xəbər verir ki, hər bölgədə olduğu kimi eləcə də , Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseyində 1 iyun uşaqların bayramı  təntənə ilə qeyd edildi. Tədbirdə məktəb rəhbəri də iştirak edib. Məktəb direktoru ilk olaraq , başda Şəhid ailələrinin övladlarını təbrik edib. Tədbirlərdə çıxış edən məktəb direktoru Elnur . M  bildirdi ki ,   Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından hər zaman göz önündə olub. İllər keçsədə ulu Öndər Heydər Əliyevin layiqli davamçısı  ölkə Başçısı Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsinə göstərdiyi qayğı və diqqət deməyə əsas verir ki, bu məsələ dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.Unutmamalıyıq ki , Azərbaycanda uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.

Sonra uşaqlara 1 iyun haqqında geniş məlumat verildi.1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.











Bütün uşaqlara can sağlığı xoşbəxtlik arzu edirik!
0 0

Şərhlər

Oxşar xəbərlər