“Zərifə xanıma minnətdarıq ki, belə bir oğul dünyaya gətirib” - DEPUTAT
29-04-2023, 06:29
440

“Zərifə xanıma minnətdarıq ki, belə bir oğul dünyaya gətirib” - DEPUTAT

TehsilForumu.Az təqdim edir.

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Görkəmli oftalmoloq-alimin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı sərəncam akademik Zərifə Əliyevanın tibb sahəsində xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymət olmaqla onun elmi irsinin aktuallığını bir daha təsdiqləyir.

Milli Məclisin deputatı Kamilə Əliyeva Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar fikirlərini bildirib.
"Bu gün Zərifə xanım Əliyevanın yubileyi ilə əlaqədar respublikamızın hər yerində müxtəlif tədbirlər, konfranslar keçirilir. Belə deyək, bu gün biz minlərlə insanın gözünə nur verən Zərifə xanım Əliyevanın özünün işığına toplaşmış oluruq. Ümumiyyətlə, Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası tibb eliminin inkişafındakı xidmətləri o qədər zəngindir ki, biz onun fəaliyyətinə nəzər salsaq, bu dahi insanın geniş miqyaslı şəxsiyyət olduğunu bir daha görərik. Zərifə xanımın həyat yolu, yaşadığı mənalı ömrü hər bir Azərbaycan vətəndaşı, alimi, həkimi və hər bir qadını üçün mənəviyyat dərsi və kamillik məktəbidir. O, elmi, tibbi və pedoqoji fəaliyyətlə məşğul olub. Onun bu sahələrdəki gördüyü işlər hər birimiz üçün örnəkdir".

 

Deputat qeyd edib ki, Zərifə Əliyeva haqqında çoxlu sayda kitablar, əsərlər, məqalələr yazılıb və bundan sonra da yazılacaq:

 

“Zərifə xanım başqa cür də ola da bilməzdi. Çünki o, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqın rifahi üçün sərf edən Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi. Zərifə xanım da valideynlərinə layiq övlad olub. O, həmçinin, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, böyük alim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı və dünya tibb elminə əvəzolunmaz töhfələr verən oftalmoloq olub. Zərifə xanım Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin, monoqrafiyaların, dərsliklərin və ixtiraların müəllifidir. Onun keçdiyi yol hər birimiz üçün nümunədir. Biz Zərifə xanıma ona görə minnətdarıq ki, bugünki Prezidentimiz olan cənab İlham Əliyevi bizə bəxş edib. Prezidentimiz və şəhidlərimiz sayəsində 30 il işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsi nəticəsində azad etdik. O, Azərbaycan dövlətini qalib dövlət etdi. Bütün bunlara görə Zərifə xanıma minnətdarıq ki, belə bir oğul dünyaya gətirib”- deyə o, fikirlərini tamamlayıb.
0 0

Şərhlər

Oxşar xəbərlər